Prezident və xanımı sərgidə iştirak edib

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

ONN media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.