ONN İnformasiya Agentliyi

Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye

Prezidentin vəzifədən uzaqlaşdırdığı icra başçısı kimdir?- Dosye
16 May 2020 - 16:18

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayılov Nazim Mehdi oğlu Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, N.İsmayılov 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.

O, Əmək fəaliyyətinə 1974-cü ildə “Sumqayıtkimyasənaye” İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.

1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor,

1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri,

1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri,

1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,

1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,

1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini,

1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,

2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı,

2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı,

2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı,

2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

68 yaşlı N.İsmayılov Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür. Ailəlidir, 3 övladı, 4 nəvəsi vardır.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkləri barədə məlumatlar yayılmışdı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png