Milli Məclis fevralın 1-də toplanacaq: Sessiyanın ilk iclasının gündəliyi

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum oldu.
ONN media-nın məlumatına görə, parlamentin yaz sessiyasının növbəti iclası fevralın 1-də keçiriləcək.
İclasın gündəliyinə 15 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.