Bu gənclərə prezident mükafat verdi

Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
ONN medianın məlumatına görə, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilib:
Camalova Reyhan Rauf qızı
Əlfidatlı Gülnar Teyyub qızı
Fərəcov Xaqani Surxay oğlu
Quliyev Ağarəhim Vaqif oğlu
Səfərova Zümrüd Rasim qızı
Zeynalova Aysun Gülağa qızı
Məlumat verdiyimiz kimi, hazırda Hindistanda Qlobal Sahibkarlıq Sammiti keçirilir. Belə ki, sammit Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə baş tutur.Ölkəmizi sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova "Rainergy” startapı ilə təmsil edir.Xatırladaq ki, ötən il də bu sammitdə Azərbaycanı xanım həmyerlimiz Leyla Tağızadə təmsil etmişdi. L.Tağızadə hazırda Reyhan Camalovaya mentorluq edir.
Ötən gün sammitin açılışı olub. Sammitdə çıxış edən İvanka Trump Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirib.