Əfqan Muxtarlı azadlığa buraxıldı

Əfqan Muxtarlı azadlığa buraxıldı


Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb.

ONN media xəbər verir ki, Əfqan Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.

2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuzkeçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Geri qayıt