Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdirildi


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
ONN media-nın Trend-ə istinadən verdiyi məlumata görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
İclasda həmçinin MSK-nın 28 iyul tarixli protokolu təsdiq olunub, Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşr edilməsi barədə qərar verilib.
Daha sonra cari məsələlərə baxılıb.
Geri qayıt