Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır

ONN media Azərbaycan Dəmir Yolları-nın saytına istinadən verdiyi məlumata görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin 29 yanvar 2018-ci il tarixli 01 nömrəli Qərarına əsasən, iqtisadi səmərəliliyin möhkəmləndirilməsi və xərclərin optimallaşdırılması məqsədi ilə Bakıdan 15.02.2018-ci il tarixdən, Köçərlidən isə 16.02.2018-ci il tarixdən etibarən 656/655 nömrəli Bakı-Köçərli-Bakı sərnişin qatarının hərəkəti dayandırılır.