MSK yenə toplanır: daha iki dairə ləğv edilir?..

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün yenidən toplanır. ONN media xəbər verir ki, MSK-nın iclası 16:00-da keçiriləcək. İclacda Milli Məclisə seçkilərlə əlaqədar dairələr üzrə daxil olan şikayətlərə baxılacaq. Artıq sosial şəbəkələrdə MSK-nın bugünkü müzakirəsi ilə bağlı ehtimallar səsləndirilib. Bildirilir ki, iclasda daha iki dairənin nəticəsinin ləğvi gözlənilir. Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclası zamanı 4 dairə üzrə (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan) seçki nəticələri ləğv edilmiş, 20-yə yaxın dairə üzrə şikayətlər isə DSK-lara göndərilmişdi. Fevralın 15-də keçirilən iclasda isə daha bir neçə dairə üzrə şikayətlər DSK-lara göndərildi. MSK sədri Məzahir Pənahov DSK-lara göndərilən şikayətlərin 80 faizinin geri qayıdacağı və MSK-da müzakirə olunacağını ehtimal etdiyini açıqlamışdı.