47994 nəfərin pensiyası artırılıb

Naxçıvanda 47994 nəfərin pensiyası artırılıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların hesablanması başa çatdırılıb.
ONN media Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında qeyd olunub.