Günün qoroskopu: Əla ideyalar var

ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Axşam saatlarında normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların dediklərinə inanmayın. Buğa - uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım edin. Əkizlər - daha aktiv olun, qətiyyətlə davranın. Axşam saatlarındakı görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın. Qarşı tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə, xarici görünüşünüz qüsursuz olmalıdır. Xərçəng - günün ilk yarısı qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq. Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Şir - maliyyə məsələlərində ifrat dərəcədə diqqətli olun. Böyük məbləğin itirilməsi riski var. Şəxsi münasibətlər üçün əlverişli zamandır. Romantik təmaslar harmonik olacaq. Qız - mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır. Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real, gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın. Tərəzi - yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda var. Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda qarşılıqlı anlaşmaya nail olacaqsınız.