TƏBİB günün son statistikasını AÇIQLADI

TƏBİB günün son statistikasını AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 30-na olan statistik göstəriciləri açıqlayıb. ONN media  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 137 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 917 027 test aparılıb. Onlardan 36 309-nun cavabı pozitiv çıxıb. İndiyədək 531 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 703 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 075 nəfərdir. 138 nəfər reanimasiyada, 14 nəfər süni tənəffüs cihazındadır.

Geri qayıt