Azərbaycan tankçıları Rusiya və Çinlə yarışacaq
Beynəlxalq Ordu Oyunları - 2020 yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib. Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.
