Ermənilər Nikolun arvadını lağa qoydu

Azərbaycan KİV-ləri Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın hərbi formada əlinə silah alaraq çəkilən fotolarını “Sülhdən danışırdı, amma indi avtomatı azərbaycanlı uşaqlara tərəf çevirdi” başlıqlarıyla yayımlayıb. Həmçinin Akopyanın Dağlıq Qarabağda çəkilən görüntülərini saxta adlandırıb. ONN media xəbər verir ki, bu barədə Ermənistanın Politik.am nəşri yazıb. Nəşr bildirir ki, həqiqətən 2018-ci ilin sentyabrında Anna Akopyan sülhməramlı çağırışlarıyla Azərbaycanı sülh və barışığa dəvət edib. “Bu dəfə o özünü sülh obrazında deyil, başqa obrazda nümayiş etdirir. Akopyanın sülh çağırışları fiaskoya uğradığından, bu dəfə o “Tereza Ana” obrazını “Sose Ana” obrazına dəyişmək qərarına gəlib (Sose Mayrik Vardanyan - Osmanlı İmperiyası dövründə türklərə qarşı vuruşan ermənilərin “milli qəhrəmanı”). Nəticədə nə baş verir? Anna Akopyanın sülhsevərliyi saxta olduğu kimi, görüntülərindəki hərbi vətənpərvərliyi də saxtadır. Bu isə Azərbaycandakı şərhlərin doğruluğunu sübut edir. Feysbukdakı erməni seqmentidə vaxtaşırı Anna Akopyanın paylaşımları lağa qoyulur. İnsanlar baş nazir və həyat yoldaşının tərcümeyi-halının ayrılmaz hissəsi olan bu saxtakarlığını dərhal görürlər”, - sayt yazıb.(axar.az)