Nə qədər xəstə süni tənəffüs cihazındadır? - SON STATİSTİKA
Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) ONN media -ya bildiriblər ki, hazırda reanimasiya şöbələrində 135 nəfər müalicə alır. Xəstələrdən 12-si süni tənəffüs cihazına qoşulub. Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2040 nəfərdir.
