Payız Azərbaycana HANSI TARİXDƏ gələcək?

Payız Azərbaycana HANSI TARİXDƏ gələcək?

Azərbaycana payız fəslinin daxil olacağı tarix məlum olub. ONN media  AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, payız Azərbaycana 22 sentyabr saat 17:30:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

Geri qayıt