Əhalinin QƏLƏBƏ SEVİNCİ: Üç rəngli bayrağımızla...

Azərbaycan Ordusunun möhtəşəm qələbəsi - Suqovuşanın düşmən tapdağından azad olması hər bir vətəndaşın böyük sevincinə səbəb olub. ONN media xəbər verir ki, paytaxt Bakıda bu xəbər böyük coşqu ilə qarşılanıb. Şəhər sakinləri əllərində üçrəngli bayrağımız küçələrə axışıblar. İnsanlar şüarlar səsləndirir, bu qələbə münasibətilə bir-birini təbrik edirlər.