Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verdi

Avropa İttifaqı Azərbaycan xalqına başsağlığı verdi


Avropa İttifaqının  Azərbaycandakı Nümayəndəliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. 

ONN media xəbər verir ki, bu barədə Avropa İttifaqı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

"Biz həyatını itirən insanların ailələrinin və Azərbaycan xalqının dərdinə şərik olub, yaralılara şəfa diləyirik", - deyə nümayəndəliyin məlumatında deyilir.

Geri qayıt