Günün qoroskopu: nikbin olun, qüvvənizə güvənin

ONN media bu günün qoroskopunu təqdim edir. Qoç -asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir. Buğa - gəlirlər istisna deyil. Son vaxtlar sizi narahat edən maliyyə problemlərini çözə bilərsiniz. Alış-verişdə çox pul xərcləməyin. Zərurət duyulmayan əşyalar almayın. Əkizlər - sizdən peşəkar fəaliyyət müstəvisində qəhrəmanlıqlar və fövqəladə məhsuldarlıq tələb etmir. Gündəlik öhdəliklərin yerinə yetirilməsinə dəqiq və səliqəli olun. Xərçəng - kölgəyə çəkilin. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla kəskin mübahisələr etməyin. Önəmli məsələlərin müzakirəsini təxirə salın. Rutin, adi işlərlə məşğul olun. Şir - tərəfdaş və ya həmkarlardan biri yalançı çıxacaq, vədinə əməl etməyəcək. Yaşam potensialının səviyyəsi yüksək olacaq. Enerji qıtlığı hiss olunmayacaq. Diqqətli olun. Qapını açmaq əvəzinə divarı sındırmağa çalışmayın. Qız - yeniliklərlə ehtyiatlı olun.Yeni iş və ya layihə üçün əlverişli zaman deyil. Sizə yardım və dəstək vəd edən insanlar sözlərinin üstündə durmayacaqlar. Ən mürəkkəb anda, əlverişsiz şəraitdə reallaşdırılmış ideyalarla baş-başa qala bilərsiniz. Tərəzi - iş yerini dəyişmək olar. Bir zamanlar məhsuldar şəkildə, razılıqla çalışdığınız yerə qayıda bilərsiniz. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil. Ciddi münasibətlər başlana bilər. İmiclə eksperimentlər, qarderobun yenilənməsi üçün yaxşı zamandır.