Amin Musayev Bakıya nə vaxt gətiriləcək?

Amin Musayev Bakıya nə vaxt gətiriləcək?

II Qarabağ müharibəsi zamanı əsir düşən Amin Musayev sabah vətənə qaytarılacaq. ONN media  xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında Amin Musayevin xalası qızı Çinarə Əliyeva deyib. O bildirib ki, bu barədə ailəyə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən məlumat verilib. Qeyd edək ki, bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Bakıya gətirilməsindən sonra Amin Musayevin də vətənə qaytarılması barədə məlumat yayılmışdı.

Geri qayıt