Seçki bülletenlərinin sayı AÇIQLANDI

Seçki bülletenlərinin sayı AÇIQLANDI


Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb.

ONN media-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxarova deyib ki, ümumilikdə 5 milyon 347 min 803 bülleten çap olunacaq.

İclasda çap olunacaq bülletenlərin mətni, forması, hazırlanması qaydası müzakirə olunub, müvafiq qərar qəbul olunub.

Geri qayıt