BNA-dan paytaxt yollarında təmizlik işləri görən xanımlara BAYRAM HƏDİYYƏSİ - VİDEO

BNA-dan paytaxt yollarında təmizlik işləri görən xanımlara BAYRAM HƏDİYYƏSİ - VİDEO


8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) maraqlı aksiya keçirib.

BNA-dan ONN media-ya verilən məlumata görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.

Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

[embed]http://cdn.trend.az/media/pictures/2018/03/08/video_bna_080318.mp4[/embed]

Geri qayıt