Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

Nikaha girmək istəyən 12 nəfərdə QİÇS aşkarlanıb


Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan ONN media-ya bildirilib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.

Geri qayıt