Bayramda paxlava, şəkərbura, qoğal almayın!

Bayramda paxlava, şəkərbura, qoğal almayın!


Bu gün əksər mağazalarda vaxtı keçmiş məhsullar var. Bu məhsullar sırasında bayram naz-nemətlərinin – şəkərbura, qoğal, paxlavanın da adını çəkmək olar. Bəzən sanitariya qaydalarına riayət olunmadığı, yaxud da keyfiyyətsiz undan istifadə edildiyi üçün mağazalardan aldığımız bu məhsulların içindən qurd çıxdığını da görə bilərik. Üstəlik bu cür şirniyyatlar çox vaxt heç düzgün paketlənmir də. Adi kağız parçasının üzərinə son istifadə tarixi qeyd edilir. Ancaq mənşəyi məlum olmayan bu cür qidaların üzərində yazılanlara da inanmaq çətindir.

ONN media xəbər verir ki, qida məsələləri üzrə ekspert Sədaqət Zeynalova açıqlamasında bu cür qidaları almamağı məsləhət görüb. Onun sözlərinə görə, dəfələrlə bu mövzuda onlara şikayətlər daxil olub:

"Bəzən ələnməmiş, keyfiyyətsiz unlardan bişirilən bayram məhsullarının içindən qurd çıxır. Sexlərdə sanitariyaya əməl olunmur. Bu cür məhsullar insan səhhəti üçün kifayət qədər zərərlidir. Yediyimiz qidanın təmizliyinə əmin olmaq üçün bayram naz-nemətlərini dükandan almaqdansa, ev şəraitində bişirmək tövsiyə edilir”. 

Geri qayıt