Ermənistan ordusu hərbi təlimləri davam etdirir

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimləri davam etdirir.
ONN media APA-ya istinadən xəbər verir ki, hərbi təlimlər qoşunların təmas xəttinə yaxın, Ağdamrayonunun işğal altında olan Kəngərli kəndi və Uzundərə adlanan ərazisində müşahidə olunur. Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə partlayış səsləri və iriçaplı silahlardan açılan atəş səsi eşidilməkdədir.