“Bizim həyət”in abadlaşdırdığı növbəti həyət sakinlərin istifadəsinə verilib

ONN media xəbər verir ki, IDEA İctimai Birliyinin və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənən həyət Səbayıl rayonu, Abbasqulu Abbaszadə küçəsində 252 ailənin məskunlaşdığı 4 çoxmərtəbəli binanı əhatə etməkdədir.
"Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Səbayıl Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin dəstəyi ilə "Bizim həyət" layihəsi