Sürüşmə ilə bağlı son məlumat
ONN media xəbər verir ki, Səbail rayonu ərazisində - Bayıl yamacındakı sürüşmə sahəsində müşahidələr davam edir.
Quraşdırılmış topoqrafik reperlər və mayaklar vasitəsilə aparılan araşdırma nəticəsində vəziyyətin stabil olduğu müəyyənləşib. Bu barədə müvafiq qurumlara məlumat verilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
