30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

ONN media DİN Mətbuat Xidmətindən aldığı məlumata əsasən 30-dan 31-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı təqdim edir;
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınmış, onların da 23-ü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılmışdır.