İki günə olan cinayət statistikası

ONN media iki günə olan cinayət və hadisələrin statistikasını sizlərə təqdim edir.
- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.