Əfv sərəncamının imzalanacağı tarix AÇIQLANDI

Əfv sərəncamının imzalanacağı tarix AÇIQLANDI


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

ONN media-nın xəbərinə görə, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 600-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

Geri qayıt