XİN-dən Almaniyadakı teraktla bağlı - Açıqlama

XİN-dən Almaniyadakı teraktla bağlı - Açıqlama


Almaniyanın Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu ONN media-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə Münster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Geri qayıt