“Azərpoçt”un yeni direktoru kimdir?

“Azərpoçt”un yeni direktoru kimdir?


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

ONN media şirkətə istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

Geri qayıt