Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək

Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək


Bu il ən azı 4 min ailə – 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək.

ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

“Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcək. Bu il ən azı 4 min ailə – 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə – yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq”, – deyə dövlət başçısı bildirib.

Geri qayıt