AŞPA missiyası prezident seçkilərində müşahidəyə başladı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası prezident seçkilərini müşahidəyə start verib.
ONN media xəbər verir ki, rumıniyalı parlamentar Viorel Rişard Badeanın rəhbərlik etdiyi missiyanın üzvləri Bakıda və regionlarda səsvermə prosesini izləməyə başlayıblar.
AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 20 saylı Nərimanov II Seçki Dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyib.