Qəbələyə dəmir yolu xəttinin çəkilməsinə başlanıldı

Qəbələyə dəmir yolu xəttinin çəkilməsinə başlanıldı


"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. 

ONN media xəbər verir ki, bu barədə report-a açıqlamasında qurumun sədri Cavid Qurbanovməlumat verib. 

"Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", - deyə o, qeyd edib. 

Bundan başqa, C.Qurbanonun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək". 

Geri qayıt