Qüdrət Həsənquliyev prezident İlham Əliyevə zəng etdi

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev prezident İlham Əliyevə zəng edib.
BAXCP-nin Seçki Qərargahından ONN media-ya verilən məlumata görə, Q.Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.