Kılıçlaroğlu Azərbaycandan üzr istəməlidir- Çavuşoğlu

Kılıçlaroğlu Azərbaycandan üzr istəməlidir- Çavuşoğlu

Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var.

ONN media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Çünki ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da turizmi kölgə altına alan, vətəndaşlarımızı narahat edən açıqlamalar edib", - Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, CHP lideri, "Altılı masa"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun dəstəklədiyi "Yeni İpək Yolu" layihəsinin Azərbaycandan deyil, İrandan keçdiyini bildirməsi və bu xəritəni nümayiş etdirməsi Azərbaycanda kəskin etirazlar doğurub.

Geri qayıt