Bu ərazidə su olmayacaq

Bakının bu ərazisində suyun verilməsində məhdudiyyət olacaq.
"Azərsu”dan ONN media-ya bildirilib ki, Yasamal rayonu ərazisində yerləşən +152 "Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.