Erməni hərbiçilər Xankəndini niyə tərk edir?

Erməni hərbiçilər Xankəndini niyə tərk edir?

Bu gün Xankəndidən gedən 183 nəfər Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan torpaqlarını tərk ediblər.

ONN media xəbər verir ki, sözügedən şəxslər tələbə adı altında keçid məntəqəsindən Ermənistan ərazisinə gediblər.

Məlumata görə, 183 nəfərdən 155-i Ermənistan, 26-sı Rusiya, 2-si isə Ukrayna vətəndaşı olub.

Qeyd edək ki, artıq bir neçə gündür Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrin üzvləri tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk etməyə başlayıblar.

Geri qayıt