Dünyanın ən gözəl qadını kimdir?

"People" jurnalı ən gözəl insanların siyahısını tərtib edib.
ONN media xəbər verir ki, siyahının lideri xüsusi buraxılışın üz qabığında rəsmi yerləşdirilən, daha çox Pink kimi tanınan müğənni Alişa Bet Mur olub.
Şəkildə ifaçı iki övladı ilə birlikdədir. "O pop-ulduz və "Qremmi" laureatı ola bilər, amma bizim "gözəl buraxılışımız" etiraf edir ki, söhbət analıqdan gedəndə, xanım müğənni tələsməməyə üstünlük verir" - müsahibədə belə deyilir.
Aprelin 20-də köşklərdə olacaq jurnalda həm də aktrisa Yara Şəhidi və "Vampirin gündəlikləri"nin ulduzu Nina Dobrevadan müsahibə də dərc edilib.
Cəmi gözəl adamların reytinqinə 70 qadın və 5 kişi düşüb. Onların arasında o cümlədən şahzadə Harrinin gəlini Meqan Markl, aktrisa Qal Hadot, reper Dreyk və tennisçi Serena Uilyams da var. Əvvəllər bu siyahı "Ən gözəl qadın"adlanırdı.