Azərbaycanda işsizlərin sayı AZALIB

Azərbaycanda işsizlərin sayı AZALIB


2018-ci ilin aprelin 1-ə olan göstəriciyə əsasən, Azərbaycanda 37,3 min işsiz qeydə alınıb. Bunların da 36,6 faizi qadındır.

ONN media xəbər verir ki, Dövlət Statiska Komitəsinin məlumatına əsasən, əvvəlki ayla müqayisədə ölkədə işsizlərin sayı 1,1 faiz azalıb.

Qeyd edək ki, Azərbaycanda işsizlik üzrə müavinətin orta aylıq məbləği hesabat dövrü üçün 360 manat təşkil edir. Bu da 2017-ci ilin fevral ayı üzrə olan göstəricilərlə müqayisədə 0,4 faiz azdır.

 

Geri qayıt