Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu

Azərbaycanda baş verən güclü zəlzələdən sonra marketin tavanı uçdu

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.

ONN media-nın məlumatına görə, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Geri qayıt