Azərbaycanda İLK- “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO”

Azərbaycanda İLK- “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO”


ONN media xəbər verir ki, Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi

21 aprel 2018-ci il tarixdə Kitavevim.az-da Azərbaycanda ilk dəfə ana dilimizdə nəşr olunmuş “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı ilk kitabın təqdimat mərasimi keçirildi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, birliyin İcraçı direktoru Məhsəti Hüseynovanın müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Aysel Cəlilova, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Müqamət Əliyev, sədr müavini, Qarabağ qazisi İslam Əzimov, “Kapital Bank” ASC-nin nümayəndəsi Gülşən Fətəliyeva, “Global Educational and Consalting Centre” tədris mərkəzinin rəhbəri Hüseynağa Əliyev, həkim Şəfa Həsənli, Dialoq TV-nin əməkdaşları Məsud Qurbanov, Vüqar Əhmədov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri Habil Əliyev, “BOS Shelf” şirkətinin Baş SƏTƏM təlimatçısı İlham Kərimov, Standartlaşdırma, Metrologiya və Patent Mərkəzinin şöbə müdiri Anar Hüseynov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvləri Rəşid Paşalı, Rəşad Nəbiyev, Nəzarət-Təftiş Komissiyasının sədri Vüsal Bayramov, birliyin Mədəni-Kütləvi Tədbirlər Departamentinin direktoru Fuad Nəsirli və bir çox qonaqlar iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə açan kitabın müəllifləri qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət, sağlam qidalanma, zərərli qatqı maddələri, GDO-lu məhsulların iqtisadi, siyasi, ekoloji, dini baxımdan fəsadları, Azərbaycanda GDO-ya nəzaərt mexanizmi və qanunvericiliklə tənzimlənməsi və s. mövzuda geniş məlumat verdilər. Tədbir qonaqların çıxışı ilə yekunlaşdırıldı və 2 hissəli kitab tədbir iştirakçıları, qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Bu “Qida Təhlükəsizliyinin İctimai Monitorinq Qrupu”nun apardığı maarifləndirmə işinin davamıdır. Bundan başqa monitorinq qrupu Bakıda və regionlarda müxtəlif ali və orta təhsil ocaqlarında geniş miqyaslı maarifləndirmə işlərini həyata keçirməyi planlaşdırır. Tədbir İctimai Televiziya və Radio Yayımları Şirkətinin Çarçı İnformasiya verlişində, “ARB24” Xəbərdə və Dialoq TV tərəfindən geniş şəkildə işıqlandırıldı.

Fəridə Qafarova

Geri qayıt