Yeni nazir bu müsabiqəni ləğv etdi

"Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası" adlı təkrar müsabiqə elanı ləğv edilib.
Bu barədə ONN media nazirliyin rəsmi internet səhifəsinə istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 aprel 2018-ci il tarixdə "Azərbaycan qəzeti"ndə və Nazirliyin rəsmi internet səhifəsində verilmiş "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası" adlı təkrar müsabiqə etibarsız hesab edilsin.
Onu da əlavə edək ki, müsabiqə Səlim Müslümov nazir vəzifəsindən azad olunmazdan bir gün əvvəl verilib.
Xatırladaq ki, Prezident ilham Əliyevin aprelin 21-də imzaladığı sərəncamına əsasən, Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.