Zakir Həsənov Çində hərbi təyinatlı məhsullarla tanış olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinə rəsmi səfər çərçivəsində bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
ONN media Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.