“Telegram”da baş vermiş problemin səbəbi açıqlanıb

“Telegram”da baş vermiş problemin səbəbi açıqlanıb


“Telegram” messencerində baş vermiş problemə Amsterdamın əyalətlərində elektrik enerjisinin kəsilməsi səbəb olub.

ONN media xəbər verir ki, bu barədə messencerin Twitter-də dərc edilmiş məlumatında qeyd edilir.

“Telegram” nümayəndələri istifadəçilərdən yaranmış problemə görə üzr istəyib.

Aprelin 29-da messencerin işində nasazlıqlar yaranıb.

Avropa, Misir, Küveyt və Rusiyada “Telegram”a giriş mümkün olmayıb.

Həmçinin “Telegram”a giriş Azərbaycanda da problem yaradıb.

Geri qayıt