İlk kadr dəyişikliyi edildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilk kadr dəyişikliyi edib.
ONN media xəbər verir ki, komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib.
Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb.
