Daha bir şəxs vəzifədən uzaqlaşdırıldı

Daha bir şəxs vəzifədən uzaqlaşdırıldı


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daha bir departament direktoru işdən çıxarılıb.

ONN media Report-a istinadən  xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru Elçin Qədimov vəzifədən azad olunub. O, bundan sonra həmin departamentin əməkdaşı kimi çalışacaq.

Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq, İctimiayyət və Mətbuat Xidməti Departamentinin direktoru vəzifəsinə hələlik təyinat olmayıb.

Geri qayıt