Beş min manatı sahibinə qaytaran məktəbli mükafatlandırıldı

Beş min manatı sahibinə qaytaran məktəbli mükafatlandırıldı


İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib.

ONN media xəbər verir ki, nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.

Geri qayıt