Ağdaşın yeni icra başçısı kollektivə təqdim olundu

Ağdaşın yeni icra başçısı kollektivə təqdim olundu
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

ONN media xəbər verir ki, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Geri qayıt