Abşeron sakinlərinin DİQQƏTİNƏ
Bu gün səhər saatlarından Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Qaz təchizatı təmir işləri tamamlananadək dayandırılacaq.
ONN media xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, qaz tənzimləyicinin təmiri ilə əlaqədar, "Müşviqabad" Qaz Paylayıcı Stansiyasında "Sulutəpə-Xırdalan" ölçü qovşağı üzərində quraşdırılmış "Müşviqabad Daxili" ölçü qovşağından qidalanan "Sulutəpə-Xırdalan" orta təzyiqli qaz xəttindən qaz təchizatı 04.05.2018-ci il tarixdə saat 10:00-dan təmir işləri tamamlananadək dayandırılacaq.
